Türkiyə Qara dənizdən qaz çıxarmaq üçün 10 milyard dollar sərmayə qoyacaq – “SABAH”

21/04/2022 - 10:51 2 847 0   0  

Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın çıxarılması və nəqlinə təxminən 10 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Suveren.az xəbər verir ki, bu haqda “Sabah” qəzeti yazır:

“Son xəbərlərə görə, Qara dəniz qazının hasilatı üçün əla stimul var. Türkiyənin milli kəşfiyyat donanması tərəfindən müəyyən edilən 540 milyard kubmetr təbii qaz 2023-cü ildə əhalinin istifadəsinə veriləcək”.

Əlavə edilir ki, Türkiyə qazma gəmiləri donanmasını genişləndirir.

Nəşrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak Sakarya təbii qaz yatağının dövlət yardımı layihəsinin əhatəsinə daxil edilməsi haqqında qərar imzalayıb.

“145 milyard lirə (təxminən 10 milyard dollar) həcmində sərmayə Qara dənizdə 540 milyard kubmetr təbii qazın hasilatı və istifadəsinə yönəldiləcək”, – qəzet yazıb.

Bundan əvvəl bildirilmişdi ki, İsrail və Türkiyə hakimiyyəti Rusiyadan Avropanın cənubuna qaz nəqlinə alternativ yaradacaq qaz kəmərinin tikintisi ilə bağlı müzakirələr aparır.