“Prezidenti helikopterdə müşayət edənlərdən iki nəfərlə əlaqə saxlamışıq" - RƏİSİNİN KÖMƏKÇİSİ

20/05/2024 - 00:08 606 0   0  

“Prezidenti müşayət edənlərdən iki nəfərlə bir neçə dəfə əlaqə saxlamışıq. Belə qənaətə gəlirik ki, qəza ağır olmayıb”.

İRNA xəbər verir ki, bunu İran prezidentinin icra işləri üzrə köməkçisi Möhsin Mənsuri deyib.

O, müsahibəsində Prezidentin helikopteri ilə bağlı xilasetmə əməliyyatının təfərrüatlarını açıqlayaraq deyib: “Bu istiqamətdə üç helikopter hərəkət edib, amma Prezidenti daşıyan helikopterlə digər iki helikopter arasında əlaqə kəsilib, onlar axtarışa başlayıb, helikopterin sərnişinlərindən biri və uçuş heyəti ilə əlaqə qurulub. Bu da, qəzanın şiddətinin ağır olmadığını göstərir. Dərhal Qızıl Aypara Cəmiyyəti, polis komandanlığı, ordu və SEPAH-ın yardım bölmələri hadisə yerinə gəlib və iş bölgüsü aparılıb”.