TÜRKİYƏ DƏ RƏİSİNİN AXTARIŞINA QOŞULDU - İrana gecə görmə cihazlı helikopter və heyət göndərildi

19/05/2024 - 23:23 1 307 0   0  

İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğramasından sonra İran tərəfi Türkiyədən gecəgörmə axtarış-xilasetmə helikopteri istəyib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, artıq 32 alpinist axtarış-xilasetmə qrupu və 6 maşın yola salınıb.