“Türk Dünyasının bir parçası olan Axısxa Türkləri olaraq, sizin arxanızdayıq" – ZİYƏDDİN KASSANOVDAN AZƏRBAYCANLI ETİRAZÇILARA DƏSTƏK

15/12/2022 - 10:11 2 110 0   0  

"Bizim davamız haqlı davadır. Biz haqlıyıq. Allah hər zaman bu haqlı davamızda bizim yanımızda olacaq. Azərbaycandakı bütün qardaşlarımız bilsinlər ki, biz mütləq qazanacağıq. Bunun başqa yolu yoxdur”.

Suveren.az xəbər verir ki, bu barədə Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanov bildirib.

Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən, Laçın yolu üzərində çadır quran azərbaycanlılara dəstəyini ifadə edən DATÜB Başqanı daha sonra əlavə edib: “Bugün Qarabağda Laçın yolu üzərində çadır quran qardaşlarımız, bu, çox gözəl və böyük bir işdir. Mən çox sevinirəm və sizi sonacan dəstəkləyirəm. Maddi-mənəvi yanınızdayam. Çox gözəl və lazımlı iş görürsünüz. Bunun sonu çox gözəl olacaq, çünkü Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycanın sərhədləri içərisində bir bölgəmizdir. Bu torpaqlar heç bir zaman nə işğalçıların, nə də başqa qüvvələrin ola bilməz. Onlar heç nə edə bilməzlər. Çünkü güclü Azərbaycanımız, güclü xalqımız, çox şükür, böyük Türk Dünyası və Türkiyəmiz var. Cümhurbaşqanlarımız Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan var. Belə bir güclə Azərbaycan sarsılmazdır”.

Z.Kassanov deyib ki, Azərbaycanın qaçqın və məcburi köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qayıdacaqlar: “Yurdlarından didərgin salınmış qaçqınlarımız qısa müddət ərzində geri qayıdacaqlar. Zəngəzur koridoru açılmazsa Laçın koridoru bağlanacaq, zamanı gəldiyində onsuz da bağlanacaqdı. Xankəndində yaşayan ermənilərin tək şansı var: Azərbaycan vətəndaşlığını qəbul edib, cəmiyyətimizə inteqrasiya olacaqlar.

Azərbaycan xalqı böyük xalqdır. Türk milləti böyüklüyünü hər zaman göstərmişdir. Bu gün Qarabağda yaşayan ermənilərə də böyüklüyünü göstərir. Orada yaşayan ermənilərin haqqına, hüququna, malına, mülkünə toxunmurlar. Qarabağda yaşasalar da, heç kim onlara toxunmur.

Qarabağdan sürgün edilən qardaşlarımızın bu gün orada yaşayan milliyətcə erməni olanlardan daha çox orada yaşamaq haqları vardır”.

Sonda bird aha Qarabağda keçirilən etiraz akskiyalarına diqqət şəkən Kassanov, “Bugünkü vəziyyət sualsız, sorğusuz doğru bir addımdır. Bunun sonu da çox gözəl olacaq. Oradaki qardaşlarımıza Allah səbr, güc, qüvvət versin. Bilin ki, siz tək deyilsiniz. Arxanızda Azərbaycan dövləti, Türkiyə dövləti və böyük Türk Dünyası vardır. Türk Dünyasının bir parçası olan Axısxalı Türklər olaraq biz də sizin arxanızdayıq", - deyə vurğulayıb.

Suveren.az