Qırğızıstan prezidenti Həbiblə görüşdü

30/10/2018 - 22:20 15 007 0   0  

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun qəbulunda olub.

Suveren.az Rusiya mediasına istinadən xəbər verir ki,prezidentlə döyüşçünün görüşündən fotonu sosial şəbəkədə Həbibin atası Əbdülmanap Nurməhəmmədov paylaşıb. Jeenbekov Həbibi irland rəqibi Konor Makqreqor üzərində qələbə münasibətilə təbrik edib.

“Qırğızıstanda hər zaman bizi yüksək səviyyədə qarşılayıblar. Sooronbay Şaripoviç Jeenbekov Həbibi qələbə münasibətilə təbrik etdi. Görüş çox faydalı və məhsuldar keçdi”, - deyə Ə.Nurməhəmmədov yazıb.