Nazarbayev dünyasını dəyişdi – SƏHƏR SAATLARINDA ÜRƏYİ DAYANIB

13/11/2023 - 12:26 3 362 1   1  

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev 71 yaşında vəfat edib.

Bunu birinci prezidentin mətbuat katibi Aidos Ukibay bildirib.

“Səhər saat 9:28-də ürək fəaliyyəti dayandı (asistol). 23 dəqiqə ərzində aparılan reanimasiya tədbirləri nəticəsiz qaldı”, - o, bildirir.

Qeyd edək ki, noyabrın 4-də Bolat Nazarbayev infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Əvvəllər həkimlər ona qırtlaq xərçəngi, şəkərli diabet və böyrək çatışmazlığı diaqnozu qoyublar.

Nazarbayevin qardaşı 1997-ci ildən “BN Invest Holding”ə rəhbərlik edir. 2016-cı ildə “Salikalı Urpak” ictimai fondunu təsis edib.

Bolat Nazarbayevin adı bir sıra strateji sənaye sahələrində aktivlərin inhisarçılıq yolu ilə ələ keçirilməsində və s. qanunsuzluqda hallanıb.