“Məni aldatdılar” - Sankt-Peterburqda partlayış törədən qadın danışdı

04/04/2023 - 12:31 1 735 0   0  

Xəbər verildiyi kimi, bazar günü Sankt-Peterburqdakı “Street-bar” kafesində baş verən partlayış nəticəsində Vladimir Putinin təbliğatçılarından olan Vladlen Tatarski adlı hərbi jurnalist həlak olub.

Suveren.az xəbər verir ki, ötən gün Rusiya İstintaq Komitəsi tərəfindən həbs edilən Dari Trepovanın istintaqa verdiyi bəzi ifadələr üzə çıxıb.

Trepova ona tələ qurulduğunu və aldadıldığını deyib.

“Onlar məni aldatdılar, istifadə etdilər. Mənə tapşırıq verdilər ki, heykəli daşıyım”,- deyə o, bildirib.

Trepova heykəli ona verən şəxsin adını sonra açıqlayacağını deyib.

Xatırladaq ki, paylaşılan videolarda 26 yaşlı Daria Trepovanın kafeyə gələrək partlayıcı ilə kamuflaj edilmiş heykəli V. Tatarskiyə verdiyi və bundan sonra güclü partlayışın olduğu görünür.

Rusiyanın Milli Antiterror Komitəsinin bəyanatına görə, Tatarskiyə qarşı sui-qəsd Ukrayna xüsusi xidmət orqanları tərəfindən “Navalnıy Korrupsiyaya Qarşı Mübarizə Fondu ilə əməkdaşlıq edən şəxslərdən olan agentləri cəlb etməklə” planlaşdırılıb.