Kanadadan sanksiya qərarı - Qaşıqçı cinayətinə görə

29/11/2018 - 21:21 2 383 0   0  

Kanada İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayəti ilə əlaqədar 17 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq edib.

Suveren.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsindən bildirilib.Məlumata görə, 17 vətəndaşın Kanadadakı bütün hesabları dondurulacaq.

Bundan başqa, onların Şimali Amerika ölkələrinə girişi məhdudlaşdırılacaq.