İRAN NÜVƏ OBYEKTLƏRİNDƏKİ KAMERALARI İŞƏ SALACAQ – Tehran şərtlərini açıqladı

05/08/2022 - 12:18 2 736 0   0  

İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib ki, ölkəsi İslam Respublikasına qarşı bütün ittihamların götürülməsi şərti ilə bütün nüvə obyektlərində MAQATE-nin kameralarını işə salacaq.

Suveren.az xəbər verir ki, bunu “Mehr News” yazır.

Məlumata görə, Eslami bunu Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan 2015-ci il nüvə sazişinin yenidən başlanmasına dair razılaşma əldə olunarsa, İranın kameraları işə salıb-açmayacağı ilə bağlı suala cavab olaraq deyib.

Onun sözlərinə görə, kameralar yalnız bütün anti-İran ittihamları ləğv edildikdən və bütün maraqlı tərəflər Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərinə qayıtdıqdan sonra yenidən işə salınacaq.

Xatırladaq ki, 2022-ci ilin iyununda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ABŞ tərəfindən hazırlanmış müvafiq qətnaməni qəbul edəndə İran bir neçə kameranı söndürüb.