GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİ SƏRHƏDƏ TOPLANIR - Tehran rejimi təşvişdə / VİDEO

04/04/2023 - 13:42 1 465 0   0  

Son günlər  Güney Azərbaycan türkləri  Araz çayı boyunca Azərbaycan Respublikası ilə sərhəddə toplanırlar və şimaldakı soydaşlarına dəstək nümayiş etdirirlər. Bu barədə "Turan" məlumat verib.

Onlar sosial şəbəkələrdə bu barədə videoçarxlar yerləşdirərək Tehran rejimini anti-Azərbaycan siyasətinə görə pisləyirlər.

Güney Azərbaycan türklərinin bu kortəbii aksiyaları Tehran rejiminin ciddi narahatlığına səbəb olub, onlar insanların sərhədə çıxışını məhdudlaşdırmağa və bu cür aksiyaların keçirilməsini qadağan etməyə başlayıb.

Xatırladaq ki, İranın şimalında 30 milyona yaxın etnik azərbayanlı yaşayır.