Yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ: 15 yaralı

05/12/2018 - 20:39 6 046 0   0  

İtaliyanın Rieti şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Suveren.az xəbər verir ki, partlayışdan sonra məntəqədə güclü yanğın başlayıb. Hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri yanğınsöndürənlərdir.

İlkin məlumatlara əsasən, partlayış yanacaqdaşıyan maşında baş verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.