Rusiyada kafedə PARTLAYIŞ

26/01/2019 - 22:10 7 411 0   0  

Rusiyanın Saratov vilayətinin Lısıye qorı qəsəbəsində kafelərdən birində partlayış baş verib.

“Randevu” kafesində qaz balonunun partlaması və sonradan yaranan yanğın nəticəsində 40 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan altı nəfəri üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralılardan ikisi uşaqdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri işləyirlər.