Mingəçevirdə yanğın baş verdi, 3 nəfər tüstüdən zəhərləndi

28/10/2018 - 19:13 9 370 0   0  

Mingəçevirdə xəsarətlə nəticələnən yanğın hadisəsi olub. Hadisə şəhərin Samux küçəsində yerləşən Sürücülük məktəbinin binasında baş verib.

Hadisəyə binanın məcburi köçkünlərin məskunlaşdığı hissəsində elektrik sayğaclarında yaranmış qısaqapanma səbəb olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub.

Hadisə nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər tüstüdən zəhərlənib. Bunlar - bir yaşlı İsa Vəlizadə, üç yaşlı Səadət Vəlizadə və Yaqut Vəliyevadır. Onlara yerindəcə tibbi yardım göstərilib.

Daha 6 nəfərə - Aytən Həsənovaya, Vidadi Vəliyevə, Səyalı Vəliyevaya, Habil Əsədova, Zəhra Hüseynovaya və Rüstəm Rəşidliyə hadisədən sonra tibbi baxış keçirilib.