Duterteni tənqid edən jurnalist həbs olundu

13/02/2019 - 23:53 14 089 0   0  

Filippinli jurnalist Mariya Ressa prezident Rodriqe Duterteni dəfələrlə tənqid etdiyinə görə həbs olunub.

Xarici KİV-lər xəbər verir ki, jurnalist Maniladakı ofisində tutulub. Onu “kiber-böhtan”da ittiham ediblər. Ressanın “Rappler” saytı isə vergi yayınması ittihamı ilə bağlanmaq təhlükəsi ilə də üz-üzə qalıb.

2018-ci ildə “Time” jurnalı tərəfindən “İlin adamı” elan olunan Mariya ofisini Milli Tədqiqatlar Bürosunun agentlərinin müşayiəti ilə tərk edib.