ÇİNDƏN RUSİYAYA ZƏRBƏ – Ölkəni Almaniya ilə bağlayan yeni dəmir yolu xətti Rusiyadan yan keçir…

20/04/2022 - 14:54 2 978 0   0  

Çin Almaniyaya dəmir yolu marşrutu açıb.

Suveren.az Lenta.ru-ya istinadən xəbər verir ki, artıq qatarlar Rusiyadan yan keçməklə Almaniyanın Mannheim şəhərinə çata biləcək.

Marşrut xətti Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçməklə, kombinə edilmiş dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Xəzər və Qara dənizləri keçməklə reallaşır.

Hətta aprelin 13-də idman malları ilə yüklənmiş ilk qatarın Sian şəhərindən yola düşdüyü bildirilir.

Göründüyü kimi, yeni marşrut Çin-Avropa qatarlarının əvvəllər nadir hallarda keçdiyi ölkələr və regionları əhatə edir. Sian şəhərində yerləşən beynəlxalq logistika şirkəti “Zhuyang” qeyd edib ki, indi daşımaların səmərəliliyi artacaq, daşıma xərcləri isə azalacaq.

"Bu marşrut şirkətlərimizə hazırkı vəziyyətdə ixrac etmək imkanı verir", - deyə şirkətin meneceri Ja Ming bildirib.