Parisə zirehli texnika yeridildi

08/12/2018 - 19:23 5 653 0   0  

“Sarı jiletlər” hərəkatının hökumət əleyhinə etiraz aksiyalarının davam etdiyi Parisə zirehli texnika yeridilib.

Suveren.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, asayişin qorunması üçün Fransanın paytaxtına 8 minə yaxın polis əməkdaşı cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Parisin mərkəzi hissələrinə, o cümlədən Yelisey sarayı istiqamətində gediş-gəlişi bağlayıblar. “Associated Press” bildirir ki, bir qrup etirazçı saraya doğru irəliləməyə çalışıb, lakin polis gözyaşardıcı qazdan və qalxanlardan istifadə edərək, buna imkan verməyib.

Son məlumatlara görə, 514 nəfər saxlanılıb, onlardan 272 nəfəri həbs edilib.