ABŞ Ukraynaya hərbi yardımı bərpa edəcək

11/03/2025 - 22:35 71 0   0  

ABŞ Ukraynaya silah tədarükünü, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edir. 

Bu barədə Ciddədə Ukrayna-Amerika danışıqlarının yekunları üzrə birgə bəyanatda deyilir.

“Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsi üzrə fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”, - bəyanatda deyilir.