Türkiyədəki müxtəlif bürolara qeydiyyatlı olan 100 vəkil, Hüquq və Düşüncə Platforması birliyi altında bir araya gələrək Şərqi Türküstanda yaşanan zulmü BMT İnsan Haqqları Komitəsinə daşımaq üçün hərəkətə keçdi.
Suveren.az bu barədə "Yeni Akit"ə istinadla bildirir.Mövzuyla bağlı məlumat verən Hüquq və Düşüncə Platforması rəhbəri vəkil Faruk Keleştimur, hazırladıqları şikayət ərizəsini yaxın günlərdə BMT-yə göndərəcəklərini dedi.
Keleştimur bu məlumatları verdi: “Şərqi Türküstan; bizim üçün nə Atlantik okeanından o taydakılar və onların uzantıları kimi diplomatik kart, nə də Maoçular kimi ‘rədd etmə’ vasitəsidir. Türk-İslam aləminin qanayan yarası olan Şərqi Türküstan bizim üçün Qaşqarlı Mahmud, Yusif Has Hacip, Osman Batur, İsa Yusuf Alptəkindir. Əcdadımızdır, soyumuzdur, tariximizdir və köklərimizdir. Şərqi Türküstan davasındaki beynəlxalq mübarizəni, dünyaya yalnız Türk-İslam perspektivi ilə baxan vətən övladları olaraq haqq, hüquq və ədalət müstəvisində sona qədər aparacağıq inşallah!”
BMT-nin topladıqları dəlilləri görməməzlikdən gələ bilməyəcəyini vurğulayan Faruk Keleştimur, sözlərinə belə davam etdi: “Eyni şəkildə beynəlxalq hüquq perspektivi ilə bu məsələni həll etməyə yönəlmiş mexanizmləri hərəkətə keçirmək istəyirik. Fironun qarşısında durmaq kifayət etmir, həmçinin Musanın da yanında durmaq lazımdır. Yəni, bir fironun qarşısında durarkən, başqa bir fironun qarşısında əyilməmək lazımdır!”
Yüz Türkiyəli vəkil Şərqi Türküstan zülmünü BMT-də müzakirəyə göndərir
Türkiyədəki müxtəlif bürolara qeydiyyatlı olan 100 vəkil, Hüquq və Düşüncə Platforması birliyi altında bir araya gələrək Şərqi Türküstanda yaşanan zulmü BMT İnsan Haqqları Komitəsinə daşımaq üçün hərəkətə keçdi.
Suveren.az bu barədə "Yeni Akit"ə istinadla bildirir. Mövzuyla bağlı məlumat verən Hüquq və Düşüncə Platforması rəhbəri vəkil Faruk Keleştimur, hazırladıqları şikayət ərizəsini yaxın günlərdə BMT-yə göndərəcəklərini dedi.
Keleştimur bu məlumatları verdi: “Şərqi Türküstan; bizim üçün nə Atlantik okeanından o taydakılar və onların uzantıları kimi diplomatik kart, nə də Maoçular kimi ‘rədd etmə’ vasitəsidir. Türk-İslam aləminin qanayan yarası olan Şərqi Türküstan bizim üçün Qaşqarlı Mahmud, Yusif Has Hacip, Osman Batur, İsa Yusuf Alptəkindir. Əcdadımızdır, soyumuzdur, tariximizdir və köklərimizdir. Şərqi Türküstan davasındaki beynəlxalq mübarizəni, dünyaya yalnız Türk-İslam perspektivi ilə baxan vətən övladları olaraq haqq, hüquq və ədalət müstəvisində sona qədər aparacağıq inşallah!”
BMT-nin topladıqları dəlilləri görməməzlikdən gələ bilməyəcəyini vurğulayan Faruk Keleştimur, sözlərinə belə davam etdi: “Eyni şəkildə beynəlxalq hüquq perspektivi ilə bu məsələni həll etməyə yönəlmiş mexanizmləri hərəkətə keçirmək istəyirik. Fironun qarşısında durmaq kifayət etmir, həmçinin Musanın da yanında durmaq lazımdır. Yəni, bir fironun qarşısında durarkən, başqa bir fironun qarşısında əyilməmək lazımdır!”
Bölmənin xəbərləri