Yunanıstan və İsrailə ŞOK: Fələstin Türkiyə ilə Xüsusi İqtisadi Zona razılaşması imzalamağa hazırdır

28/06/2020 - 22:36 6 430 2   1  

Türkiyənin Liviya ilə imzaladığı razılaşmadan sonra nə edəcəyini bilməyən Afinaya bir şok xəbər də gəldi.

Ankaranın Fələstin səfiri Faed Xalid Abd Mustafa, Türkiyə ilə EEZ (Xüsusi İqtisadi Bölgə) mövzusunda razılaşma imzalamağa hazır olduqlarını açıqladı. Səfirin açıqlamaları yunan mediasında əks-sədaya səbəb oldu. Şərqi Aralıq dənizində təbii qaz ehtiyatlarının 1990-cı illərdə kəşf edildiyini söyləyən Fələstinli səfir, "İsrailin təzyiqi səbəbi ilə bu günə qədər buradaki təbii qazı istifadə edə bilmədik, çünki, İsrail bizə mane olaraq, sahillərdə kəşfiyyat aparmağımıza imkan vermədi" dedi.

Star.com.tr-nin xəbərinə görə "Fələstin olaraq Türkiyə ilə münasibətlərimizə böyük əhəmiyyət veririk", deyən səfir, "bütün sahələrdəki münasibətləri güçləndirmək üçün çalışırıq. Bu münasibətləri genişləndirmək üçün bütün fikirlərə açığıq. Bu, Türkiyə ilə EEZ-Xüsusi İqtisadi Zona razılaşması mövzusu üçün də keçərlidir" dedi.

Suveren.az