Yataq otağında ərini öldürən qadından QANDONDURAN İFADƏ: Axşam döydü, səhər isə əxlaqsız...

02/02/2019 - 12:29 2 647 0   0  

Türkiyənin Bursa şəhərində qadın həyat yoldaşını bıçaqlayaraq öldürüb.
Məhkəmədə ifadə verən qadının ərinin ona pozğun təkliflər etdiyini deyib.
Qadın ifadəsində qaçaraq evləndiklərini və toy günündən ərinin onu döydüyünü deyib.
“Məni heç kimlə görüşməyə qoymurdu, bacım boşandığı üçün evinə getməyimə razı olmurdu. Axırıncı dəfə dava etməyimizin səbəbi bacımgilə getməyim oldu. Bacımın əxlaqsız olduğunu deyirdi. Mən artıq boşanmağa qərar vermişdim. Heç vaxt boşanmayacağını deyib məni döydü. Səhər tezdən isə mən mətbəxdə işləyərkən zorla yataq otağına apardı, əlimdəki bıçağı kənara qoyub, cinsi əlaqədə olmaq istədiyini dedi. Mən isə axşam döyüb, səhər belə bir şey istədiyinə görə əsəbiləşdim, etiraz etdim. Daha sonra mənə əxlaqsız təkliflər etdi. Mən də bıçaqla onu qorxutmaq istədim. Necə olduğunu bilmədən onu bıçaqladım. Öldüyünü polis bölməsində öyrəndim”.
Qeyd edək ki, qadın ərini bıçaqlayandan sonra küçəyə çıxaraq ərini öldürdüyünü deyib və uşaqlarına baxmaları üçün qonşuları çağırıb. Sonra özü polisə təslim olub.
Ərinin yaxınları isə onların arasında heç zaman problem olmadığını deyib. Onlar qadının ərini yatdığı yerdə öldürdüyünü iddia ediblər.