"Xərçəng ölüm deyil" - Xəstəliklə savaşan məşhurlar

30/10/2018 - 11:25 1 837 0   0  

Xərçəng müasir dövrün ən böyük bəlalarından biridir.
Bir sözlə ifadə olunan bu xəstəliyin 200-dən artıq növü var. Ən çox yayılanı isə döş, ağciyər, bağırsaq xərçəngidir.
Elə Azərbaycanda da yetəri qədər xərçəngin müxtəlif formasından əziyyət çəkən insanlar var. Uşaqların da daxil olduğu statistikaya əsasən qadınlar arasında döş xərçəngi daha çox yayılıbsa, kişilər ağciyər xərçənginə düçar olur.
Bildiyiniz kimi, yerli tanınmışlar arasında da xərçəngdən əziyyət çəkən, əməliyyat olunan və hazırda da müalicəsi davam edən şəxslər var.
News24.az “Xərçəng ölüm deyil” motivasiya xarakterli sosial çarx hazırlayıb.
Çəkilişlərdə aparıcı-aktrisa Zümrüd Qasımova, xeyriyyəçi-aparıcı Hacı Nuran və onların həmkarı Zülfiyyə Bayramova yer alıb.