Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması ilə bağlı əməliyyat həyata keçirilib.
Xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları həbs edilib.
Xüsusi xidmət orqanlarının əməkdaşlarının xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsi, bunun nəticəsində ölkəmizə dəyə biləcək zərərlərlə bağlı ləğv edilmiş MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl fikirlərini bölüşüb.
İlham İsmayıl bildirib ki, 11 il 3 ay ərzində Eldar Mahmudov rəhbərliyinin nəyə daha çox meyil etdiyini istənilən dövlətin kəşfiyyat orqanı görüb:
“Eldar Mahmudovun meyli pula idi. Heç xüsusi xidmət orqanı olmasın, adi bir idarə olsun. Orada görəndə ki, idarə müdiri məsələləri rüşvətlə həll edir, işçilər də ona baxır və vətəndaş da qanunsuz işini rüşvətlə qanuniləşdirir. MTN-də də işə qəbul demək olar ki, pulla həll edilib və əməkdaşları da pulla işə cəlb etmək mümkün olub.
Bilirlər ki, əks-kəşfiyyat idarəsi ən çox kəşfiyyata qarşı işləyir. Həmin şöbənin əməkdaşlarını müəyyən edirlər, izləyirlər, rəsmi görüşlər zamanı münasibətlər yaradırlar. Münasibətlər qurulduqdan sonra onlardan çox kiçik xahişlər edirlər və onlara deyirlər ki, bunun müqabilində sizə milyonlar veriləcəkdir. Çünki yeri gələndə bəzi informasiyalar üçün milyon verməyə dəyər. Xüsusən, kəşfiyyatın qonşu dövlətlərə, hansı istiqamətlərə kimləri yönəldirir, sərhəddə gizli keçidlərin yerləri, qarşı tərəfdən keçidlərin qarşısının alınmasının üsullarına birbaşa keçmirlər. Bu proses çox uzun çəkir. Əvvəlcə çox xırda bir xahiş edirlər. Sabah bir qədər artırırlar, axırda rəsmi informasiyada olduğu kimi imza atdırırlar, ləqəb seçirlər, pul qarşılığında informasiya tələb edirlər. Adətən həmin şəxslərlə görüşlər xarici ölkələrdə həyata keçirilir. Qarşı tərəfə kəşfiyyatın göndərilməsi, onların qarşılanması hamısı MTN-də cəmlənirdi. Xarici ölkə üçün həmin informasiyalara milyon verməyə dəyər. Bilirsən ki, dövlətinin təhlükəsizliyini qoruyursan. Bunlar isə vətəni satıblar. Bunun zərərin az və ya çox olmasından asılı olmayaraq əsas məsələ odur ki, onlar vətənə xəyanət ediblər”.
Şəbəkənin hələ də fəaliyyətdə olduğunu deyən İlham İsmayıl bildirib ki, bu, son deyil:
“Həbs edilmiş şəxslər işdən çıxandan sonra da xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə davam ediblər. Keçmiş iş yoldaşlarından hansısa bir yolla informasiya ala biliblər. Çox qəribədir ki, xarici kəşfiyyata işləyənlərdən biri öz təşəbbüsü ilə bu işi davam elətdirib. Çox təəssüf ki, bu işlərin əsası 2004-cü ildə qoyuldu. Zamanında demişdim ki, “milis” təfəkkürü ilə xüsusi xidmət orqanına kimsə rəhbərlik edə bilməz. MTN-nin zəif olması İran, Rusiya kimi dövlətlər üçün əlverişlidir. Onlar bundan istifadə ediblər və nazirliyin içərisində öz şəbəkələrini qurublar. Həbs edilənlər o şəbəkədən bir neçəsidir və bunun davamı gələcək”.
Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə düşən işə gəldikdə isə təhlükəsizlik üzrə ekspert bunları deyib:
“DTX bu problemlə üz-üzədir. MTN-nin gördüyü “işlər”dən sonra, xüsusi xidmət orqanlarımızın informasiya almaq çətinliyi yaranıb. Dünya informasiya ilə idarə olunur. Hətta təhlükəsizlik də informasiya ilə qurulur. Bütün keçmişdə olanlar mövcud xüsusi xidmət orqanlarının işlərinə maneçilik törədir. Bir şəbəkəni yenidən yaratmaq uzun məsələdir.
DTX-nin həyata keçirdiyi bu əməliyyat son illərdə həyata keçirilən ən ciddi uğurdur. Hər bir xüsusi xidmət orqanının bir nömrəli vəzifəsi xarici kəşfiyyatın əldə etdiyi agenti ifşa etməkdir. Bu çox çətin məsələdir və DTX bunu edə bilibsə, çox təqdirə layiq iş görüblər”. //yenicag.az
Xain MTN, fürsətcil qonşular - MTN içərisində qurulan cəsus şəbəkəsi