“WhatsApp”dan yenilik

02/11/2018 - 23:27 7 492 0   0  

Hələ Sentyabr ayında Whatsapp messencerinin yaradcılarından biri olan Brian Acton bildirmişdi ki, Mark Zuckerberg tez zamanda messencerin gəlir gətirməsini istəyir.

Technote-nin xəbərinə görə, dünən isə messencerin vitse-prezidenti təsdiqləyib ki, yaxın zamanda messencer öz istifadəçilərinə reklamlar göstərməyə başlayacaq.

Reklamlar gəlir gətirməsi barəsində əsas rolu oynayacaqlar və messencerin statuslar bölməsində təqdim olunacaqlar.

Sonuncu hesabatlara əsasən messencerdəki statuslar bölməsindən gün ərzində 450 milyondan çox insan istifadə edir.

İlk reklamlar iOS istifdəçilərinə daha sonra isə Android istifadəçilərinə göstəriləcək.