AXCP üzvləri işgəncə altında ifadə verdiklərini deyirlər.
Rusiyada yaşayan iş adamı, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənovun məhkəməsi yanvarın 22-də davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər Aqil Məhərrəmli və Ruslan Nəsirli ifadə veriblər. Onlar mayın 25-də ayrı-ayrılıqda necə həbs olunmaları, daha sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncəyə məruz qalmaları haqda danışıblar.
A.Məhərrəmli bildirib ki, mayın 25-də evinə 5-6 nəfər mülki geyimli gələrkən tək olub. Onu qonşularının gözü qarşısında tutub aparsalar da, cinayət işinin materiallarında saxlana yeri kimi başqa ərazi göstərilib. A.Məhərrəmlinin sözlərinə görə, onu tutarkən yaşadığı evdə axtarış aparıblar. Evdə olan fotoşəkilləri, noutbukunu, partiyaya aid sənədləri və s. toplayıb aparıblar. İdarəyə gətirdikdən sonra ondan Saleh Rüstəmlidən pul alıb-almadığını soruşublar: “Dedim ki, bir dəfə 400 manat borc almışam”.
İki telefonu olduğunu, onlardan birinin yalnız kod daxil edildikdən sonra açıldığını deyən A.Məhərrəmlinin sözlərinə görə, ondan həmin kodu tələb ediblər. O isə deməkdən imtina edib, bildirib ki, yalnız öz istədiyi vəkili gələndən sonra telefonun kodunu verəcək. Ona deyilib ki, dövlət hesabına vəkil veriləcək. Bu zaman Səfər Hüseynov gəlib çıxıb: “Ona “vəkil” deməyə də adamın dili gəlmir. Peşəsinə hörmət eləməyən adama necə vəkil deyim? Onun gözünün qarşısında məni işgəncə verməyə apardılar. İşgəncələrdən sonra məni o vəziyyətdə görüb dedi ki, cavab oğlansan, keçib gedəcək. Həmin vaxt prokurorluğun müstəntiqi Sənan Paşayev də oradaydı. Məndən soruşdu ki, bilirsən səni niyə tutublar? Hələ məsələnin mahiyyətini bilmirdim, dedim ki, siyasi fəaliyyətimə görə. Onun və Səfər Hüseynovun yanında iki nəfər gəlib məni ikinci mərtəbəyə apardılar”.
A.Məhərrəmlinin dediyinə görə, onu işgəncə vermək üçün gətirdikləri otaqda olan polkovnik rütbəli şəxsi tanıyıb. Vasif adlı həmin şəxs 2018-ci ilin martında - o, 20 sutkalıq inzibati həbs cəzası alıb, Binəqədidəki təcridxanasında saxlandığı vaxt onun yanına gəlib, inandırmağa çalışıb ki, AXCP-dən, Əli Kəimlinin ətrafından uzaqlaşsa, onun üçün yaxşı olacaq. Əks halda, 5-6 illik həbsə göndəriləcək: “Onda uşaqlarım yeni anadan olmuşdu, iki aylıq idilər. Mənə demişdi ki, “yaxşı fikirləş, körpə uşaqların var”. Onu görən kimi tanıdım”.
A.Məhərrəmli bildirib ki, həmin polkovnik ona toxunmayıb, otaqda olan digərləri onun ayağından vurub yıxaraq, əlləri qandallı vəziyyətdə dizüstə oturdub, ardınca da döyməyə başlayıblar. Bu üsulla işgəncə nəticə verməyəndə başqa bir otağa aparıb, bədəninə tok buraxıblar: “Baş və orta barmağıma naqil bağlayıb, tok verdilər. Əvvəl dözdüm, sonra toku artırdılar, davamlı elədilər. Gördüm, dözmək mümkün deyil, dedim ki, yaxşı, Saleh Rüstəmlidən almışam, amma Əli Kərimliyə verməmişəm. Ağlıma Ramiz Kamalın adı gəldi, dedim, ona vermişəm. Razılaşmadılar. Axırda toku o qədər artıqdılar ki, dirsəyə qədər qollarımdakı kapilyarlar partladı. Bundan sonra məndən öz istədiyim vəkildən imtina ərizəsi aldılar, telefonun kodunu dedim. Onların tələb etdiyi formada danışdım, videoya çəkdilər. Birinci dəfə xoşlarına gəlmədi, dedilər, yaxşı danışmadın, ikinci dəfə çəkdilər”.
A.Məhərrəmli onu da qeyd edib ki, ona işgəncə verənlərin hamısı həmin vaxt oruc tuturdu: “Mənə deyirlər ki, əgər günahın olmasaydı, bizim kimi oruclu adamların əli ilə cəzalandırılmazdın”. Məni elə vururdular, onlara dedim ki, erməni deyiləm, belə davranırsız. Dedilər ki, “ermənidən də betərsiz siz”.
A.Məhərrəmli bildirib ki, ona bir neçə dəfə Vidadi Rüstəmlidən zərfdən külli miqdarda dollar alıb, gətirib Əli Kərimliyə çatdırması barədə ifadəyə imza atdırıblar. Ona və Vidadi Rüstəmliyə işgəncə verib, hər ikisini üzləşdiriblər: “İkimiz də robot kimi bizdən tələb olunanları deyirdik...”
A.Məhərrəmli deyir ki, bir neçə dəfə siyasi məhbus ailələrinə yardım məqsədilə xırda məbləğdə yardımlar alıb, onlara çatdırıb. Hesab edir ki, bu əməlində də cinayət tərkibi yoxdur: “Onda gərək avtovağzaldakı bütün avtobus, taksi sürücüsünü tutsunlar. Nə qədər adamın rayondan göndərdiyi pulu, bağlamanı aparıb çatdırırlar”.
Digər təqsirləndirilən cəbhəçi Ruslan Nəsirli mayın 25-də Gəncədə olduğu vaxt həbs edildiyini söyləyib. Onun sözlərinə görə, nahar vaxtı yeməyə hazırlaşarkən qəfildən 6-7 nəfər mülki geyimli hücum edib, onu maşına basıb Bakıya – Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər: “Yolboyu əllərim qandallı, sıxılmış vəziyyətdə idim. İdarəyə çatanda, doğrusu, elə bildim, narkotik-filan qoyacaqlar, dedilər, yox, görəcəksən nə olacaq”.
R.Nəsirli də həmin vaxt müstəntiq Sənan Paşayevin orada olduğunu bildirib: “O, otaqdan çıxdı, içəri qayıdanda ətrafdakı otaqlardan elə səslər gəldi ki, sanki orta əsrlərin Xaç yürüşü idi...”
R.Nəsirli bildirib ki, onu işgəncə ilə hədələyib, istənilən halda, tələb olunan ifadəyə qol çəkdirəcəklərini deyiblər.
Məhkəmə prosesi yanvarın 23-nə qədər təxirə salınıb.
A.Məhərrəmli, R.Nəsirli və B.Həsənov mayın 25-də həbs olunub. Onların həbsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki həftə öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.
Uzun illərdir Moskvada biznes fəaliyyətilə məşğul olan S.Rüstəmli DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Ona əvvəlcə narkotik saxlama ittihamı verilmişdi. S.Rüstəmlinin vəkili ilə görüşünə, ailə üzvlərilə əlaqə saxlamasına imkan verilmirdi. Daha sonra onun qardaşı oğlu V.Rüstəmlini həmin idarənin əməkdaşları həbs elədi. Ona da eyni ittiham verildi.
Onların yaxınları narkotik ittihamının saxta olduğunu bildirirdilər. Elə həmin ərəfədə eyni gündə AXCP-nin üç funksioneri həbs olundu.
Bundan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham etdi. İddia olunurdu ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.
Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
AXCP sədri Əli Kərimli də cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib. Deyib ki, S.Rüstəmli ilə uzun illərdir dostdular. Rusiyada biznes fəaliyyətilə məşğul olan dostu bir neçə dəfə ona yardım edib. //MeydanTV
"Əvvəlcə döydülər, sonra toka verdilər" - AXCP üzvləri