Vətəndaş müharibəsinin astanasına gəlmiş ABŞ-da Kolumb və Lionun heykəlləri hədəf alındı

12/06/2020 - 15:14 6 625 1   0  

Qaradərili George Floydun öldürülməsindən sonra ABŞ-da etiraz aksiyaları davam edir.

Polis ilə etirazçılar arasında gərginlik yaşanarkən polis aksiyalara sərt müdaxilə edir. Aksiyalar ABŞ-ın bir çox şəhərində davam edərkən, Miami şəhərindəki Bayfront Parkda yerləşən Juan Ponce de Leonun heykəlinə hücum olundu. İspaniyalı sərkərdə Juan Ponce de Leonun heykəlinin üzərinə "Qaradərililərin həyatı dəyərlidir" yazıldı. Eyni zamanda heykəlin üzərinə qırmızı boya atıldı. Yenə Bayfront Parkda olan Xristafor Kolumbun da heykəlinə hücum olundu. Heykəlinin ətrafına baryerlər qoyuldu. Heykəl və heykəlin qoyulduğu obyektin üzərinə də "George Floyd" və "Qaradərililərin həyatı dəyərlidir" sözləri yazıldı.