Venesuela müxalifət lideri dialoqdan imtina etdi

31/01/2019 - 23:04 12 949 0   0  

Venesuela müxalifətinin lideri Xuan Quaydo Nikolas Maduro hökuməti ilə danışıqlarda iştirak etmək niyyətində olmadığını bəyan edib.

TASS bildirir ki, bunu o, Karakasda Venesuela Mərkəzi Universitetinin binasında tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Daha heç vaxt yalançı dialoqa razılıq vermərik”, - deyə Quaydo vurğulayıb.