Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvətilə bu ölkəyə işgüzar səfərə gedib.
Səfər çərçivəsində Ermənistanla “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.
Bundan əvvəl “Turan” agentliyi Vaşinqtonda diplomatik mənbələrə istinadən xəbər yayıb ki, ABŞ bu görüşdə fikir ayrılıqlarını aradan qaldırmaq üçün “yol xəritəsi”nin cızılmasına hazırlaşır.
Elə həmin gün ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Dövlət Departamentinin saytındakı məlumata görə, qurumun sözçüsü Metyu Miller (Matthew Miller) bildirib ki, Blinken Azərbaycan-Ermənistan sülh müzakirələrinin əhəmiyyətini vurğulayıb, ABŞ-ın dəstəyinin davam edəcəyini vəd edib. Blinken sülhün mümkünlüyünə inandığını bildirib.
Bu günlərdə ABŞ dövlət katibinin Ermənistanın baş nazirilə də eyni məzmunda söhbəti olub.
Bundan əvvəl, aprelin ortalarında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan danışıqlarının növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verildiyini bəyan etmişdi: “Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Müsabəyov “Turan”a bildirib ki, Rusiyanın açıq şəkildə bu prosesə hansısa maneələri törədəcəyini düşünmür. “Əksinə, Rusiya görəndə ki, təşəbbüsü yenidən Vaşinqton və Brüssel əlinə alır, o saat Moskvada tərəflərin görüşü məsələsi ortaya çıxdı”.
Deputatın fikrincə, Rusiya da çalışacaq ki, bu məsələdə kənarda qalmasın: “Ancaq altdan hansı işləri görəcək, o, artıq başqa məsələdir. O çalışacaq əlində bir imkan saxlasın ki, gələcəkdə də bu proseslərə müdaxilə edə bilsin. Ancaq açıq prosesin əleyhinə çıxacağına inanmıram”.
“Yol xəritəsinə” gəlincə, Müsabəyov vurğulayıb ki, söhbət yalnız sülh müqaviləsindən getmir. Onun fikrincə, bununla yanaşı kompleks məsələlər də var: “Sərhədlərin dəqiqləşdirilməsi, delimitasiya, demarkasiya prosesi, nəqliyyat xətlərinin açılması məsələsi gündəlikdədir. Azərbaycan Qarabağ ermənilərin hüquqlarının qorunması ilə bağlı daxili müzakirələrə razılıq verib. O məsələ də gündəlikdədir. Ayrı məsələlər də ortaya çıxa bilər. Hər bir halda bütün bu məsələlər bir sənədlə həll olunan deyil. Ona görə də “yol xəritəsi”ndən söhbət gedir ki, bu məsələlərin həlli hansı ardıcıllıqla nəzərdə tutulsun”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir oğlu isə Turan-a bildirib ki, Azərbaycan Ermənistanla müharibədə qələbə qazanandan dərhal sonra sülh sazişinin imzalanması ilə bağlı şərtləri irəli sürmüşdü və bu şərtlər tam beynəlxalq hüquq və normalara uyğundur. “Ana prinsiplər Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək, əsassız ərazi iddialarından əl çəkmək, sərhədlərin delimitasiyasını və demarkasiyasını aparmaq idi. Azərbaycanın bu prinsipləri həm Amerikaya, həm Avropaya, həm də Rusiyaya bəlli idi”.
Onun sözlərinə görə, Ermənistan 10 noyabr bəyanatının şərtlərinə əməl etmiş olsaydı, bu gün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması bəlkə də mümkün olardı. “Amma Ermənistan o şərtlərin heç birinə əməl etmədi. Moskvada və Soçidə də sənəd imzalandı, Brüsseldə görüşlər keçirilməyə başlandı. Brüssel görüşləri başlanğıcda ümidlər yaratdı və sülh sazişinin mətni üzərində sanki işlərə start verildi. Amma ortada bir nəticə olmadı, yalnız Ermənistana Avropa İttifaqının mülki missiyası göndərildi. Sanki bununla Brüssel öz missiyanı başa vurmuş oldu. Yenə də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində bir addım atılmadı”.
Komitə üzvü qeyd edib ki, ABŞ-da “yol xəritəsi”nin hazırlanması haqqında deyilənlər indiki şərtlər daxilində Qərbin imitasiyası ola bilər: “Qərb Cənubi Qafqazda həqiqətən də sülhün qurulmasını istəyirsə, əslində Ermənistana təzyiqlər göstərə bilərdi ki, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etsin. Çünki bu, ədalətli şərtlərdir. Təəssüf ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi geosiyasi mübarizə predmetinə çevrilib”.
Deputatın fikrincə, belə şərtlər daxilində sülh sazişinin yeganə hərəkətverici qüvvəsi Azərbaycan dövləti və Azərbaycan prezidenti İlham Əliyevdir: “Biz ərazilərimiz boyunca suverenliyimizin tam təmin olunması istiqamətində sistemli şəkildə addımlar atmaqdayıq. Aprelin 23-də Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması bir daha nümayiş etdirdi ki, sülh sazişinə aparan qüvvə Azərbaycanın özüdür. Kənardan olan qüvvələr isə Ermənistanı sülh sazişini imzalamaqdan kənarlaşdırmağa çalışırlar. Azərbaycan isə öz addımlarıyla Ermənistanı və onu dəstəkləyənləri fakt qarşısında qoyur”.
Siyasi şərhçisi Zərdüşt Əlizadə isə “Azadlıq” radiosuna bildirib ki, Rusiya Vaşinqtonun təşəbbüslərinin qarşısını almağa çalışacaq: “Rusiyanın istəyi odur ki, Azərbaycanla Ermənistan arasında gedən danışıqlar və onların nəticələri tamamilə Rusiyanın nəzarətində olsun. Yəni, Rusiya çalışır ki, Azərbaycan və Ermənistanın qarşısında bir ifadəçilər kimi özü yazdığı not kağızını qoysun və desin ki, mən yazdığım havanı siz çalmalısınız”.
Eksper hesab edir ki, Azərbaycan və Ermənistan bunu istəmir, daha mülayim və bitərəf mövqe tutan ABŞ-ın vasitəçiliyinə üstünlük verirlər: “Bu, hər iki tərəfin mövqeyi Rusiyanı cırnadır. Rusiya çalışır ki, burada bir qulp qoysun. Lakin vəziyyət dəyişib: Ermənistan itirdiyini itirib, Azərbaycan qazandığını qazanıb. Ona görə də biz artıq ciddi şəkildə hansısa ümumi razılaşmaya doğru irəliləyirik və ABŞ bizə bu istiqamətində yardım göstərir. Ən azı dünyadakı nüfuzundan istifadə edib bizim bu müstəqil qərar qəbul etmək qətiyyətimizi dəstəkləyir”.
O vurğulayıb ki, Azərbaycan sülh sazişi ilə bağlı təkliflərini Ermənistana, Ermənistan isə Azərbaycana göndərir: “Ortada da hansısa layihə var. Bu layihə iki variantda ola bilər. Bir variantda deyilir ki, Ermənistan Respublikası və Azərbaycan Respublikası təntənəli şəkildə elan edirlər ki, bir-birinin ərazisini tanıyırlar, heç birinin ərazi iddiaları yoxdur”.
Politoloqun düşüncəsinə görə, “daha ağıllı variantda isə” yazılmalıdır ki, Azərbaycan Respublikası Ermənistan Respublikasını tanıyır: “Onun 29800 min kvadrat kilometrdən ibarət olduğunu qəbul edir, ona qarşı heç bir ərazi iddiası yoxdur, çalışır ki, bütün normal dövlətlərlə olduğu kimi iqtisadı, siyasi, sosial sahələrdə əlaqələr qursun və qarşılıqlı hörmət şəraitində münasibətləri inkişaf etdirsin. Ermənistan da öz tərəfindən Azərbaycanın 86 600 kvadrat kilometrlik ərazisini tanıyır və elan edir ki, ona qarşı heç bir ərazi iddiası yoxdur, onunla bütün kommunikasiyaları açmağa, iqtisadi, siyasi, insani münasibətləri qurmağa hazırdır. Bu, mümkündür”.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyilə sülh danışıqları aparırlar. ABŞ Avropa İttifaqı formatını dəstəkləyir.
VAŞİNQTONDA "YOL XƏRİTƏSİ" NECƏ CIZILA BİLƏR? - ABŞ sülhün mümkünlüyünə inanır, bəs qonşu dövlətlər buna imkan verəcək?

TURAN
Bölmənin xəbərləri