“Valyuta axını”nda Gürcüstan Azərbaycanı üstələyir

15/12/2018 - 20:30 4 726 1   0  

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 18 milyon 232 min dollar həcmində pul köçürülüb.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, illik müqayisədə Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmində 4 milyon 109 min dollar və ya 29% artım var.

Gürcüstan Milli Bankının məlumatına görə, bu ilin 11 ayında Gürcüstandan Azərbaycana isə 11 milyon 60 min dollar pul köçürmələri həyata keçirilib. Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkədən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 26,4% artıb. Göründüyü kimi, valyuta axınında hələki Gürcüstan Azərbaycanı üstələyir.

Təkcə noyabr ayında Azərbaycandan Gürcüstana 1 milyon 97 min dollar, Gürcüstandan Azərbaycana isə 1 milyon 4 min dollar köçürülüb.

Yanvar-noyabr aylarında Gürcüstana xarici ölkələrdən cəmi 1 milyard 400 milyon dollardan çox pul vəsaiti daxil olub. Gürcüstana ən çox pul köçürmələrində Rusiya birinci yerdədir.