"USS Porter" ABŞ gəmisi İstanbul boğazından keçdi

07/07/2020 - 14:41 6 733 0   0  

Türkiyə, Gürcüstan, Ukrayna, Rumınya və Bolqarıstan ilə birlikdə Qara dənizdə dəniz nəzarətini həyata keçirən “USS Porter” adlı ABŞ hərbi gəmisi, İstanbul Boğazından keçərək Mərmərə dənizinə  çıxdı.

Suveren.az  bu barədə "CNN TÜRK"ə istinadla xəbər verir. Gəminin keçişi əsnasında türk bayrağı dalgalandırılarkən ağır silahların başında isə əsgərlər keşik çəkirdi. Donanmanın Twitter hesabından yayılan açıqlamada, “ABŞ donanması, Montrö Sazişi də daxil olmala dövlətlər arası hüquqa uyğun olaraq Qara dənizdə fəaliyyət göstərməkdədir” deyildi. Boğazdan keçərkən hərbi gəmini sahil təhlükəsizliyi birliyinin gəmiləri də müşayiət etdi.