Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin 31 dekabrında prezident seçkiləri kampaniyasının başlanacağını elan edib.
"Report" xəbər verir ki, müvafiq qərar bir gün əvvəl MSK-ın iclasında qəbul edilib.
Kampaniya 90 gün - 2019-cu ilin 31 martına qədər davam edəcək. Həmin gün isə səsvermə keçiriləcək.
Prezidentliyə namizədlərin irəli sürülməsi və sənədlərin qəbuluna fevralın 3-ədək vaxt verilib. Fevralın 8-də qeydiyyat prosesi başa çatacaq. Sonra MSK prezident postuna iddiaçıların son siyahısını elan edəcək.
Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək.
Ukraynada prezident seçkiləri kampaniyası dekabrın 31-də başlayır