Türkiyədə AFAD-ın(Fövqəladə Hallar Nazirliyi) verdyi son məlumata görə, Türkiyə vaxtı ilə saat 10.21-də aktiv təkanlar hiss edilən ərazi Manisanın Saruhanlı rayonunda 5,5 bal gücündə zəlzələ baş verdiyi bildirilir. Bu barədə Türkiyə DİN naziri Süleyman Soylu twitter hesabından verdiyi açıqlamada, "Seysmik mərkəzi Manisa Saruhanlı, rixter şkalası üzrə gücü 5.5 bal olan zəlzələdə Saruhanlıda aparılan yoxlamalarda indiyə qədər hər hansı bir dağıntı xəbərinə rast gəlinməmişdir. Yoxlamalar davam etməkdədir. Manisa Valiliyi və AFAD ictimaiyyətə məlumat verməyə davam edəcəkdir. Keçmiş olsun" dedi.
İlk dəfə 5,5 bal gücündə olub, yer səthinin 4 kilometr dərinliyində baş verən zəlzələ Mərmərə bölgəsində belə hiss edildi. Avropa Akdeniz Seysmoloji Mərkəzinə (EMSC) görə isə zəlzələnin mərkəz hissəsi, Manisanın Gölmarmara məntəqəsinə doqquz kilometr, Manisa şəhər mərkəzinə 36 kilometr, İzmir şəhər mərkəzinə isə 68 kilometr məsafədə olub.Manisanın ətraf bölgələrində hiss edilən zəlzələ, İstanbul başda olmaqla Mərmərə bölgəsində də bir çox məntəqədə hiss edildi.
Türkiyənin Manisa bölgəsi zəlzələ ilə silkələndi

Suveren.az
Bölmənin xəbərləri