Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölən 6 nəfərdən 4-ü Ukrayna vətəndaşıdır.
"Report" xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfirliyindən bildiriblər.
Onların adları açıqlanmayıb.
Hadisə nəticəsində yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Yuriy Çerkasov da ölüb. Onun meyiti gəminin batdığı ərazidən tapılaraq sudan çıxarılıb.
Dünyasını dəyişən 1 nəfərin isə hansı ölkə vətəndaşı olduğu hələlik məlum deyil.
***
Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Samsun şəhərinin valisi Osman Kaymak məlumat verib.
Onun sözlərinə görə, heyət üzvlərindən 7 nəfəri xilas edilib.
Ancaq vali ölənlərin kimlikləri və hansı ölkənin vətəndaşları olduğunu açıqlamayıb.
***
Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən yük gəmisi batıb.
“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, 13 nəfərlik heyəti olan gəmidə Türkiyə Sahil Mühafizəsi Xidməti tərəfindən xilasetmə əməliyyatı aparılır. Samsun valiliyindən verilən məlumata görə, hazırda 6 nəfər xilas edilib, 2 nəfərin isə öldüyü məlum olub.
Gəmi heyəti arasında 9 nəfər Ukrayna, 2 nəfər Azərbaycan, 2 nəfər də Rusiya vətəndaşının olduğunu bildirən valilik axtarış-xilasetmə əməliyyatına 1 təyyarə, 4 helikopter, 4 gəminin cəlb olunduğunu qeyd edib.
Türkiyədə azərbaycanlıların da olduğu gəmi batıb, 6 nəfər ölüb- VİDEO- YENİLƏNİB