Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “Kıran-8 sehi ormanları” adlı antiterror əməliyyatı nəticəsində PKK-ya sarsıdıcı zərbə vurulub.
AzərTAc xəbər verir ki, iki gün əvvəl ölkənin Bitlis vilayətində başlanan əməliyyat nəticəsində dağlıq bölgədə 69 otaqlı 24 giriş və çıxışı olan terror sığınacağı aşkar olunub. 275 metr uzunluqda qayalıq sahəni əhatə edən sığınacaqda PKK-ya məxsus cəbhəxana aşkarlanıb.
Ölkə daxilində və xaricində aparılan digər antiterror əməliyyatları ilə bağlı ən son məlumatlar belədir: Siirt şəhərində 3 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. Daxili İşlər Nazirliyi isə iki gün əvvəl 2 kosovalı terrorçunu öz vətənlərinə göndərib. Bundan başqa, Türkiyənin Silahlı Qüvvələri İraqın şimalında və dövlət sərhədi boyunca Suriya ərazisində əməliyyatları davam etdirir.
Türkiyədə 69 otaqlı terrorçu sığınacağı aşkarlandı - FOTO