“Türkiyə Suriyanın ərazi bütövlüyünü qorumaq üçün hər şey edəcək” – ƏRDOĞAN

01/07/2020 - 17:47 7 132 1   0  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə, Rusiya və İran prezidentləri arasında videokörpü vasitəsilə keçirilən sammitdə deyib:

“Mən Suriyada mümkün qədər yaxın bir zamanda sülhün bərqərar olmasını istərdim. Biz Suriyanın ərazi bütövlüyünün saxlanılması və konfliktin uzunmüddətli perspektivdə həll edilməsi üçün özümüzdən asılı olan hər şeyi edəcəyik”.

Ərdoğan konflikt başlanandan bəri Türkiyənin suriyalıları dəstəklədiyini qeyd edib. Ərdoğan deyib: “Biz Suriyada separatçı qüvvələrlə mübarizə aparırıq və qonşumuzun ərazisində tezliklə sabitlik və sülhün bərqərar olacağına ümid edirik. “Astana üçlüyü” olaraq,  bunun üçün zəruri olan hər şeyi eləməyə davam edəcəyik”.

Hurriyyet.org