"Türkiyə-Rusiya əlaqələri Cənubi Qafqazda özünü doğrultdu" - Türkiyənin NATO-dakı nümayəndəsi

03/04/2023 - 10:38 2 167 0   0  

“Bu gün NATO daxilində Rusiya ilə müzakirələr apara bilən və Rusiya ilə müəyyən sahələrdə ortaq məxrəcdən çıxış edərək beynəlxalq ictimaiyyətin də maraqlarına uyğun addım ata bilən yeganə dövlət Türkiyədir. Buna nümunə olaraq Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu göstərə bilərik. Ona görə də deyə bilərik ki, Türkiyə-Rusiya əlaqələri Cənubi Qafqazda da özünü doğrultdu”.

Bunu “Anadolu”ya müsahibəsində Türkiyənin NATO-dakı nümayəndəsi Levent Gümrükçü deyib.

O bildirib ki, Ukraynadakı müharibədə də hər iki tərəflə təmaslarını qoruyan, tərəflər arasında etimad mühitinin yaranmasına çalışan yeganə dövlət Türkiyədir: “Taxıl sazişi”, əsirlərin dəyişdirilməsi kimi məsələlərdə oynadığımız rol bunun təzahürüdür. Bu mövqeyimiz Ukrayna ilə yanaşı, Avro-Atlantik məkan və NATO üçün də ciddi əhəmiyyətə malikdir”.

Diplomat, həmçinin söyləyib ki, NATO ilə Türkiyənin bir çox regionda, o cümlədən Balkanlarda, Mərkəzi Asiyada, Cənubi Qafqazda, Orta Şərqdə, Şimali Afrikada ortaq maraqları var: “Türkiyə bütün bu regionlarda xüsusi əlaqələri olan NATO üzvüdür”.