Türkiyə koronavirusa qarşı dərman hazırladı – VİDEO

12/06/2020 - 13:47 6 775 3   0  

Türk mühəndislər tərəfindən rekord sürətlə istehsal olunan və dünyaya ixrac olunan yerli süni tənəffüs aparatından sonra daha bir uğur əldə edilib. Türkiyə ilk dəfə rəsmi olaraq “COVID-19”a qarşı sintez dərmanın hazır olduğunu bəyan edib.
Sənaye və Texnologiyalar naziri Mustafa Varank bu barədə açıqlama verib: “32 nəfərlik komanda ilə qırx gün kimi qısa bir zamanda yerli və milli olaraq öz sintezimizlə hazırladığımız çox vacib bir dərmanı istehsal etdik”.
Nazir dərmanın lisenziyalaşdırma mərhələsində olduğunu bildirib və bunun onlar üçün həm sevindirici, həm də qürurverici bir hal olduğunu qeyd edib.
Yerli sintez dərman lisenziya verildikdən sonra “COVID-19” xəstələrinin müalicəsində istifadə ediləcək. Dərmanın ixrac olunması da planlaşdırılır.