Türkiyə FETÖ-çülərin başına 12 milyon dollar mükafat qoydu

05/02/2019 - 20:09 14 959 0   0  

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) başlarına 66 milyon 900 min lirə (12 milyon 836 min 930 min dollar) mükafat qoyduğu qiyamçıların 12-si qırmızı, 1-i narıncı, 61-i isə boz kateqoriyada axtarışda olan şəxslərdir.

“Report” xəbər verir ki, FETÖ-nün çevriliş cəhdindən sonra fərarilik edən 490 keçmiş hərbçidən 74-ü Türkiyə Daxili İşlər Nazirliyinin “terrorda iştiraka görə” axtarılanlar siyahısına daxil edilib.

Onların başına bir yerdə 12 milyon 836 min 930 dollar mükafat qoyulub.