Türk tankları burdan meyitimizin üstündən çıxa bilər – Şok

13/04/2019 - 00:00 6 460 0   0  

TürkünÖzü TV xəbər verir ki, bu sözləri Ər-Riyadda keçirilən görüşlərdə suriyalı müxalifləri təmsil edən Mustafa Səcəri deyib.

BƏƏ və Səudiyyə Ərəbistanı PKK terror qruplaşmasına 1 milyard dollarlıq yardım edib.

“BƏƏ və Səudiyyə Ərəbistanı Ayn əl-Ərəb savaşının ilk günlərindən etibarən PKK ilə yaxın münasibətlər qurmağa başladı. O dövrdə edilən gizli yardımlar 2016-cı ildən sonra açıq şəkildə edilir. Təhsil, səhiyyə və qida yardımı adı altında PKK dəstəkləndi. Suriyanın şimal və şərqindəki terror qruplaşmasına verilən hərbi, maddi dəstək bir müddət sonra siyasi müstəviyə keçdi”, – Səcəri bildirib.

Səcərinin sözlərinə görə, PKK-nı dəstəkləməklə BƏƏ və Səudiyyə Ərəbistanı Türkiyənin bölgədəki nüfuz dairələrini məhv etmək niyyətindədir:

“Türk tanklarını torpaqlarımızda biz istədik. İran, Rusiya, ABŞ, İngiltərə, Hollandiya və daha bir çox ölkənin Suriyada qüvvələri mövcuddur. Ancaq bir çox ölkələr və Bəşər Əsəd xüsusən türk qüvvələrindən narahatlıq keçirir. Türk tankları bizim meyitimizin üstündən Suriyadan çıxa bilməz. Bu qədər qərarlıyıq. Çünki Türkiyə çıxsa, rus raketləri və İranın dəstəklədiyi döyüşçülərin qorxunc qətliam və talanı ilə yenidən üzləşəcəyik”.

İsmayıl TürküÖzü