Şuşanın icra başçısı Bayram Səfərov ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.
Faktinfo.az xəbər verir ki, icra başçısı Bayram Səfərov yerli KİV-ə bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:
"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.
Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.
Hazırda sözügedən avtomobilə "58-AA-001” dövlət nömrə nişanı taxılıb.
Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.
Faktinfo.az onu da xatırladır ki, Bayram Səfərov belə qeyri-ciddi açıqlamalarla mütamadi olaraq gündəmə gəlir.Təkcə ötən il "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev çıxış edərkən B.Səfərovun salonda yatmasına bəraət qazandırması təəccüblə qarşılanmışdı.
Bayram Səfərov o vaxtı "yorğun və yuxusuz olmuşam,özüm də hiss etmədən belə hal baş verib,hər kəsdən üzr istəyirəm" demək əvəzinə bu cür açıqlama vermişdi.Sitat :“Tutalım ki, müşavirədə lap yatmışam. Burada nə var? Yəqin yorğun olub yatmışam. Mən də adamam, yata bilmərəm? Mən də insanam, yorula və yata bilərəm. Bundan ucuz şou yaratmaq doğru deyil”.
Nədənsə Bayram Səfərov fikirləşə bilmədi ki,fikirləri həddən ziyadə qüsurludu.Yatması bir yana ,oyandıqdan sonra məlum açıqlamanı verməsi ikiqat utanc gətirən hadisə oldu.Yəni,adam düşünə bilmədi ki,müşavirədə iştirak edən bütün yorğun və yuxusuz şəxslər yatsaydı,orada nə baş verərdi,çıxışlar kimlər üçün edilərdi?
Göründüyü kimi,müşavirədə yatmağına,ABŞ prezidentinin istifadə etdiyi maşının eynisində gəzməyinə bu cür açıqlamalar verməsi,hətta "Tramp mənim yanımda kimdir?" deməsi və s. ifadələri onun vəzifəsini itirməsi ilə nəticələnə bilər.Düşündürücüdür, deyilmi?..
Trampı heç kim sayan icra başçısı çətin dönəmdə... - GƏLİŞMƏ