Tramp: Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir

02/01/2025 - 10:57 134 0   0  

Ölkəmiz xaos içindədir.

Bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth" hesabında paylaşım edib.

"Ölkəmiz bütün dünyada gülüş obyektidir! Zəif, təsirsiz və demək olar mövcud olmayan rəhbərliklə açıq sərhədləriniz olduqda belə olur", - Tramp qeyd edib.

Tramp bildirib ki, DOJ, FTB və prokurorlar amerikalıları zorakılıq və korrupsiyadan qorumaq əvəzinə, ona hücum etməyə diqqət yetirirlər:

"Demokratlar millətimizi iflasa uğratdılar. Təhlükəsizliyi və demokratiyanı bərpa etmək üçün təcili tədbirlər görülməlidir. 20 yanvarda görüşənədək"./apa