Torpaqlarımızın 51 min hektarını şumlayan ermənilər...

14/12/2018 - 19:49 2 104 0   0  

Azərbaycanın işğal altındakı torpaqlarının 51 min hektarı separatçı ermənilərə çörək verəcək.

Suveren.az moderator.az-a istinadən xəbər verir ki, Xankəndindəki qondarma separatçı rejimin “kənd təsərrüfatı nazirinin müavini” adlanan Vilen Avetisyanın erməni saytlarına dediklərindən belə nəticəyə gəlmək olur. Onun sözlərinə görə, dekabrın 12-dək işğalçılar torpaqlarımızın 51 min 317 hektarını şumlayıblar. Bu sahələrdən 27 min 614,9 hektarına buğda, 23 min 702,1 hektarına isə arpa səpilib. Ermənilər ümumilikdə 60 min 780 hektarlıq Azərbaycan torpağını şumlayıb taxıl səpməyi planlaşdırır...

P.S. Bəs biz nə planlaşdırırıq işğal altındakı torpaqların azadlığı üçün?.. Bir il də belə getdi Qarabağsız ...