Xankəndidə məskunlaşan erməni separatçıların hərbi hazırlığı ilə bağlı video yayılıb. Ermənilərin yaydığı video Xankəndi şəhərinin cənub-qərbində yerləşən qanunsuz silahlıların “hərbi hissəsi”nin ərazisində lentə alınıb.
“Land Of Fire” kanalının məlumatına görə, ərazi Azərbaycan ordusunun Şuşa şəhərindəki mövqelərinin 5 km şimalında yerləşir.
Separatçıların bu hazırlığı nəyə hesablanıb? Onlar Şuşa üçün təhlükə yarada bilərmi?
Hərbi ekspert Ədalət Verdiyev məsələylə əlaqədar Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi Xankəndidə mövcud olan separatçı rejimin hərbi hazırlığı ilə bağlı kifayət qədər məlumatlara malikdir.
Ekspert qeyd edib ki, Qarabağda “Voma” kimi qeyri-qanuni silahlı birləşmələr də mövcuddur:
“Onların hazırlıq planları və təlim poliqonları barədə də məlumatlar məxfi deyil. Bəzən açıq mətbuatda belə, bu hərbi təlimlərə dəvətlər aşkar şəkildə dərc olunur. Kurslar və bu kurslarda iştirak etmək istəyən erməniləri müəyyən ödəniş qarşılığında hərbi hazırlığa da dəvət edirlər. Ödənişi hərbi təlimlərə qatılanlar deyil, erməni diasporu və s. maliyyələşdirir.
Düşünmürəm ki, belə bir hazırlıq Azərbaycan üçün təhdid yaratsın. Amma istənilən halda bunların miqyası genişlənərsə, təminat və təchizatında mövcud olan problemlər həll olunarsa, gələcəkdə müəyyən təhlükələr yarada bilər. Laçın-Xankəndi yolunun Azərbaycan ordusunun nəzarətinə keçməsi belə təhdidlərin miqyasının daha da məhdud olması ilə nəticələnəcək. Hər bir halda Azərbaycan tərəfi belə təhdidlərin, Azərbaycan əsgəri, vətəndaşı üçün yarana biləcək təhlükələrin qarşısını almaq üçün rəsmi şəkildə bu hərbi hissələrin bağlanması və ümumiyyətlə, silahlıların fəaliyyətinin dondurulması üçün sülhməramlı kontingent qarşısında məsələləri daha aktiv şəkildə qaldırmalıdır. Sülhməramlı kontingent mövcud təhdidləri aradan qaldırmayacağı təqdirdə Azərbaycan ordusunun müvafiq hissə və bölmələri həmin hazırlıq mərkəzlərini tərk-silah etməli və oradakı silahlıları zərərsizləşdirməlidir”.
“Sülhməramlılar təhdidləri aradan qaldırmasa, ordumuz...” - Separatçıların yeni VİDEOSU YAYILDI

Aytən Novruz
Bölmənin xəbərləri