Aktiv hərbi əməliyyatlar başlayandan bəri Dağlıq Qarabağda 3,1 mindən çox mülki şəxs təxliyə edilib.
Suveren.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlılarının fəaliyyətinə dair məlumat bülletenində məlumat verilib .
"Aktiv döyüş əməliyyatları başlayandan Rusiya sülhməramlıları Ağdərə, Xocavənd, və Əsgəran rayonlarından dinc əhalini təxliyə edib. Sülhməramlı kontingentə 3154 nəfər, o cümlədən 1428 uşaq təhvil verilib".
İdarədən qeyd olunub ki, bütün təxliyə edilənlər istirahət yerləri və isti yeməklə təmin olunublar. Bundan əlavə, Rusiya xüsusi təyinatlılarının tibb bölməsinin hərbi həkimləri 16 mülki şəxsə yardım göstəriblər.
"Sülhməramlılar 3,1 mindən çox ermənini Qarabağdan təxliyə edib" - RUSİYADAN AÇIQLAMA
Aktiv hərbi əməliyyatlar başlayandan bəri Dağlıq Qarabağda 3,1 mindən çox mülki şəxs təxliyə edilib.
Suveren.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlılarının fəaliyyətinə dair məlumat bülletenində məlumat verilib .
"Aktiv döyüş əməliyyatları başlayandan Rusiya sülhməramlıları Ağdərə, Xocavənd, və Əsgəran rayonlarından dinc əhalini təxliyə edib. Sülhməramlı kontingentə 3154 nəfər, o cümlədən 1428 uşaq təhvil verilib".
İdarədən qeyd olunub ki, bütün təxliyə edilənlər istirahət yerləri və isti yeməklə təmin olunublar. Bundan əlavə, Rusiya xüsusi təyinatlılarının tibb bölməsinin hərbi həkimləri 16 mülki şəxsə yardım göstəriblər.
Bölmənin xəbərləri