Süleymaninin ölümü Azərbaycana necə təsir edə bilər? - AMERİKALI POLİTOLOQDAN DƏHŞƏTLİ AÇIQLAMA

05/01/2020 - 23:23 17 341 0   0  

“Bağdadda səfirliyə hücum Trampın hərəkətə keçməsinə səbəb olub. Bununla  ABŞ prezidenti Yaxın Şərqdə potensial münaqişəyə qapı açdı”.

Suveren.az bildirir ki, bu sözləri ABŞ-ın Qafqaz və Orta Asiya üzrə analitik Pol Stronski general Süleymaninin qətli ilə bağlı yaranmış böhranı Turan-a şərh edərkən deyib.

“Süleymaninin ölümü Azərbaycana necə təsir edə bilər?” sualının cavabında P.Stronski deyib ki, Qafqaza təsir edəcək böyük destabillik gözləmir. Lakin İranın cavab zərbəsi ABŞ-ın Qafqazdakı maraqlarına yönələ bilər: “Bu, Azərbaycanı və onun qonşularını narahat etməlidir. Vəziyyət region üçün iqtisadi risklərə də səbəb ola bilər”, – o deyib.

“Azərbaycan özünü sakit aparmalıdır. İranın üçüncü ölkələrdə ABŞ-ın maraqlarına və vətəndaşlarına hücum etmək praktikası var. Əgər mən Azərbaycan olsaydım, həm Tehranı, həm də Vaşinqtonu inandırmağa çalışardım ki, mənim ərazim münasibətləri aydınlaşdırmaq üçün məkan deyil”, – P.Stronski deyib.

Eyni zamanda əlavə edib ki, Fars körfəzi və bu region ölkələri qarşıdurmanın ən real sahəsi ola bilər.