Bu gün axşam saatlarında İmişli şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 52 yaşlı İmişli şəhər sakini Rafiq Novruz oğlu Budaqov sərxoş vəziyyətdə yol keçmək istəyərkən onu minik maşını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Rafiq Budaqov İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Sərxoş piyadanı maşın vurub

Faktla bağlı araşdırma aparılır.