Sərkisyanın daha bir qohumunun əmlakına həbs qoyuldu

05/12/2018 - 21:37 13 216 0   0  

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qudası, “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin keçmiş direktoru Ara Minasyana məxsus bank hesabları dondurulub, əmlakına isə həbs qoyulub.

Suveren.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Minasyan 2016-cı ildən 2017-ci ilin sentyabr ayınadək dövlət büdcəsindən tibb mərkəzinə ayrılan külli miqdarda maliyyə vəsaitlərini ələ keçirməkdə ittiham olunur.