ŞOYQU RUSİYA ORDUSUNUN XERSONDAN ÇƏKİLMƏSİNİ ƏMR ETDİ! - İşğalçı ordunun daha bir qaçışı rəsmiləşdi

09/11/2022 - 19:50 3 683 0   0  

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Rusiya Ordusunun hissələrini Xerson şəhərindən, Dnepr çayının sağ sahilindən geri çəkmək əmri verib.

Belə bir qərar Rusiya Müdafiə Nazirliyində Ukraynadakı "xüsusi əməliyyatın" gedişinin müzakirə olunduğu iclasda verilib. Belə ki, Rusiya Ordusunun "xüsusi əməliyyata" rəhbərlik edən komandanı Sergey Surovikin "yaranmış vəziyyətdə" Dneprin sağ sahilində qalmağın mənasının olmadığını deyib və Rusiya əsgərlərinin həyatını qorumaq məqsədilə Dneprin sol sahilinə çəkilməyi və burda müdafiə xətti qurmağı təklif edib. "Hesab edirəm ki, Dnepr çayının sağ sahilində qalmaq məqsədəuyğun deyil. Vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə qalxmağı təklif edirəm", - Surovikin deyib.

Müdafiə naziri Sergey Şoyqu da bu fikri dəstəkləyib və geri çəkilmək əmrini verib. 

MN-dəki iclasdan videogörüntülər Rusiya televiziyalarında göstərilib. 

Beləliklə, gözlənildiyi kimi, Rusiya ordusu Xerson vilayətinin mərkəzini qoruya bilməyib və biabırçı çəkildə öz ərazisi elan etdiyi torpaqlardan qaçır.

Onu da xatırladaq ki, Xerson şəhəri 24 fevraldan sonra Rusiya ordusunun ələ keçirə bildiyi yeganə vilayət mərkəzi idi./azpolitika