SON DƏQİQƏ:Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi

13/07/2020 - 03:17 5 644 3   0  

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Suveren.az Pressxeber.com-a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlələri nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb.

Tovuzdan olan jurnalist Siyavuş Əmirli isə Azərbaycan Ordusunun ermənilərin daha bir postunu ələ keçirdiyini bildirib: “Daha bir sevindirici xəbər .Tovuz rayonu istiqamətində düşmənə ağır zərbələr endirən Azərbaycan ordusu Tavuş rayonunun Movses kəndi ərazisində Ermənilərin daha bir postunu ələ kecirdib. Movses kəndi Tovuzun Əlibəyli kəndi ilə həmsərhəddir. Yaşa mənim ordum!”

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.