SON DƏQİQƏ: ABŞ Cənubi Çin dənizinə təyyarə daşıyan gəmi göndərir

04/07/2020 - 15:37 6 691 1   0  

Uzun müddətdəir ki, gərginlik yaşanan ABŞ-Çin münasibətlərini daha da qızışdıracaq açıqlama gəldi. ABŞ donanmasının hücum qrupu komandanı George M. Wikoff, Cənubi Çin Dənizinə iki təyyarə daşıyan gəmisi göndərəcəklərini açıqladı. Çin ordusunun Cənubi Çin Dənizində hərbi tətbiqat planına ard-arda açıqlamalarla reaksiya göstərən ABŞ, iki döyüş təyyarəsini bölgəyə göndərəcək.

Suveren.az bu barədə "Yeni Akit"ə istinadla bildirir. Wikoffun “Wall Street Journal”da yer alan açıqlamalarına görə, USS Nimitz və USS Ronald Reaganın yanında bir neçə gəmi də bu gün bölgəyə gedəcək. Açıqlamada, "Məqsəd, regional təhlükəsizlik və sabitliyə bağlı olduğumuzu ortaqlarımıza və müttəfiqlərimizə açıq şəkildə göstərməkdir" ifadələrinə yer verildi. Wikoff, söhbət gedən hərbi manevrlərin Pekin tərəfındən yürüdülən tətbiqatlara bir cavab olmadığını, Pentagonun daha əvvəl də yürütdüyü “sabitliyi qoruma” cəhdlərinin bir davamı olduğunu bildirdi. Admiral, Cənubi Çin Dənizində iki daşıyıcı hücum qrupunun mövcud olunmasının, ABŞ donanması üçün inkişaf etmiş təlim fürsətlərı təmin etdiyini dilə gətirdi.

Wikoff, "İki daşıyıcının varlığı, dünyadakı hər hansı bir siyasi və ya başqa bir olaya münasibət deyil. Bu, inkişaf etmiş təlim və ABŞ donanmasının Hind-Sakit okean boyunca təhlükəsizliyi, inkişafı və rifahı artırmasının bir çox yolundan biridir" dedi. ABD, ixtilaflı bölgələrdə yürüdülən hərbi tətbiqatların bölgəsəl gərginliyi artırdığını müdafiə edərək, Çin tətbiqatlarını “narahat edici' adlandırdı. Pekin, Pentagonun Cənubi Çin Dənizindəki Çin hərbi tətbiqatlarını pisləməsinin, bölgədə asayişi təhdid etdiyi üçün 'bölgəsəl olmayan (ABŞ kimi) ölkələri günahlandırdı.