Son bir ayda “donuz qripi”ndən 6 nəfər ölüb

03/01/2019 - 19:15 21 988 0   0  

Gürcüstanda bir ay ərzində 6 nəfər “donuz qripi”ndən ölüb.

Bu müddət ərzində ümumilikdə 144 yoluxma faktı qeydə alınıb.

Qeyd olunub ki, ölkədə donuz qripi ilə yoluxmalarda son dövrlər daha çox kəskinləşmə faktları qeydə alınıb. Eyni zamanda bunun epidemiyaya çevrilməsi təhlükəsinin olmadığı deyilir. (trend)